Ölkəmizin ucqar sərhədləri ağ dona bürünüb.
Bu, təbiətdə gözəl, füsunkar mənzərə yaradır. Sərhədçilərin işi isə belə havalarda daha çətin və məsuliyyətli olur.
innews.media xəbər verir ki, havanın necə olmasından asılı olmayaraq, sərhəd keşikçiləri həmişə ayıq-sayıqdırlar. Buz bağlayan zirvələr, iliyə işləyən sazaqlı hava şəraiti, qarla örtülü səngərlər onların bir an da olsa sayıqlığına xələl gətirə bilməz. Əksinə belə havalarda daha çox diqqət və fədakarlıq tələb olunur.
İndi sərhədlərdə elə yerlər var ki, hər tərəfi örtən bəyaz qar adama boy vermir. Onlar qarlı zirvələri öz isti nəfəsləri ilə qızdıraraq müqəddəs sərhədlərimizin toxunulmazlığının keşiyindədirlər. Nə əsən külək, nə yağan qar, nə çətin və mürəkkəb dağ relyefi onları qorxuda bilməz. Çünki onların başları üstündə üçrəngli Azərbaycan Bayrağı dalğalanır... Sərhədçilər hər cür hava şəraitində müqəddəs amala xidmət etməkdən və Vətəni göz bəbəyi kimi qorumaqdan qürur duyurlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin