logo
Aqrar Sığorta Fondu fermerləri meyvə bağlarını şaxtavurmadan sığortalamağa çağırır

Aqrar Sığorta Fondu fermerləri meyvə bağlarını şaxtavurmadan sığortalamağa çağırır

Aqrar Sığorta Fondu fermerləri meyvə bağlarını şaxtavurmadan sığortalamağa çağırır Aqrar Sığorta Fondu fermerləri meyvə bağlarını şaxtavurmadan sığortalamağa çağırır

Son günlər hava şəraitinin kəskin dəyişməsi, bütün ölkə ərazisində qar yağması və temperaturun aşağı düşməsi kənd təsərrüfatına, o cümlədən meyvə bağlarına da ciddi təsir edir.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağlarını digər risklərlə yanaşı, şaxtavurma (donvurma) və normadan artıq qar yağıntıları risklərindən də sığortalamaq mümkündür.

Şaxtavurma (donvurma) riski dedikdə – havanın temperaturunun 0 dərəcədən aşağı düşməsi nəticəsində bitkinin məhsulunda yaranan zərərlər başa düşülür. Yəni bu sığorta havanın temperaturunun 0 dərəcədən aşağı olduğu hallarda donvurma nəticəsində meyvə bağına dəyən zərəri kompensasiya edir.

Donvurmadan sığorta vasitəsilə müxtəlif bitkiləri, o cümlədən, limon, naringi, portağal, üzüm, alma, armud, heyva, fındıq, badam, qoz, gavalı, alça, ərik, gilas, nar, xurma,  albalı, zeytun və şaftalı bağlarını sığorta etmək olar.

Əkin sahələrini şaxtavurmadan (donvurmadan) sığorta etmək istəyən fermer və təsərrüfat sahibləri bu sığortanı əlavə ödəniş etməklə əldə edə bilərlər. Donvurmadan sığortalanmaq üçün sığorta haqqının tarifi müxtəlif bitkilər və regionlar üzrə fərqlidir.

Aqrar sığorta vasitəsilə meyvə bağları ilə yanaşı, ağac və tingləri də şaxtavurma (donvurma) riskindən sığorta etmək mümkündür.

Bundan başqa, aqrar sığorta vasitəsilə əkin sahələrini, tərəvəz əkinlərini və meyvə bağlarını normadan artıq qar yağıntılarından da sığorta etmək olar. Normadan artıq yağan qar yağıntıları riski dedikdə - qar yağması səbəbindən bitkinin çətirində budaq və gövdələrin sınması nəticəsində yaranan zərərlər başa düşülür.

Qeyd edək ki, normadan artıq qar yağıntıları riski üçün əlavə ödəniş etmək tələb olunmur, bu hadisədən sığorta bitkilərin baza sığorta zərfində yer alır.

Meyvə bağlarının, ağac və tinglərin  baza sığorta zərfi və şaxtavurma (donvurma) sığortası tarifləri ilə bağlı ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki (www.asf.gov.az) «Bitkiçilik sığortası kalkulyatoru» vasitəsilə əldə etmək olar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media