Niderland və Belçikada yaşayan Azərbaycan icması 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elxan Mirhəşimlinin adından yayılmış bəyanatda bildirilib ki, hər iki Avropa ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları və icma üzvləri qarşıdan gələn seçkilərdə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib.
“İlham Əliyevin növbədənkənar prezident seçkilərində alternativi yoxdur. O, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqının böyük rəğbətini qazanıb, 30 illik Qarabağ həsrətimizə son qoyub. Qarabağda böyük Zəfərin əldə olunması naminə Azərbaycan tarixinin ən şanlı səhifəsini yazan Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin tam bərpa olunması istiqamətində xidmətləri əvəzsiz və misilsizdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsini nəzərə alaraq, bütün dünya azərbaycanlılarını bu addımı atmağa – 7 fevral seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə dəvət edirik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin