Xəbər verildiyi kimi, Aqrar Sığorta Fondunun yeni filialı Goranboyda fəaliyyətə başlayıb.
Filial ölkənin ən böyük kənd təsərrüfatı potensialına malik qərb zonasında - Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan və Samux rayonlarında fermerlərə xidmət göstərəcək.
Filialın rəhbəri Tofiq Əsgərov bildirir ki, fermerlər sığorta haqları və şərtləri barədə məlumat almaq, əkin sahələrini və heyvanlarını sığortalamaq, baş vermis sığorta hadisəsi barədə xəbər vermək üçün filiala müraciət edə bilərlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin