logo
Ali məktəbə daxil olan və I sınfə gedən şəhid övladları mükafatlandırılıb

Ali məktəbə daxil olan və I sınfə gedən şəhid övladları mükafatlandırılıb

Ali məktəbə daxil olan və I sınfə gedən şəhid övladları mükafatlandırılıb Ali məktəbə daxil olan və I sınfə gedən şəhid övladları mükafatlandırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) bu il ali məktəblərə yüksək balla qəbul olan və I sinfə gedən şəhid övladlarını mükafatlandırıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin inzibati binasında baş tutan mükafatların təqdimolunma mərasimində şəhid ailələrinin xanımları və övladları iştirak ediblər.  

Tədbiri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə açıb. O, göstərilən dəstəyə görə ADDF rəhbərliyinə öz təşəkkürünü bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından tədbir iştirakçılarını salamlayan ADDF icraçı direktoru Əkrəm Abdullayev övladları bu il ali məktəbə daxil olan və I sinfə gedən şəhid ailələrini təbrik edib. Şəhid ailələrini bütün xalqımızın qürur mənbəyi adlandıran Fond rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı və vətənimizin ərazi bütövlüyü uğrunda fədakarcasına canlarından keçmiş qəhrəmanlarımızın övladları hər zaman diqqət mərkəzindədir. ADDF-nin dəstəyi ilə xaricdə bir çox şəhid övladlarının təhsilini davam etdirdiyi, bəzilərinin isə işlə təmin olunmasına köməklik göstərildiyi nəzərə çatdırılıb.

Tədbir I sinfə gedəcək şəhid övladının atası barədə xatirələrini bölüşməsi ilə davam edib. 

Sonra yüksək bal toplamış tələbələrə birdəfəlik vəsaitin köçürüldüyü kartlar və ölkəmizə həsr olunmuş kitablar, I sinif şagirdlərinə isə məktəbli dəstləri təqdim edilib.

Qeyd edək ki, tədbirdə ali məktəblərə yüksək balla daxil olan şəhid övladları Bakı, Bərdə, Astara, Cəlilabad və Yevlax məktəbliləri olub. Tədbirə gələ bilməyən şəhid ailələrinin I sinfə gedəcək övladlarına məktəbli dəstləri yaşayış ünvanlarında (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Qazax, Mingəçevir, Tərtər, Lənkəran, Astara, Şirvan) çatdırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media