logo
Dövlət Komitəsində bir qrup türkiyəli jurnalist və ictimai xadimlə görüş keçirilib

Dövlət Komitəsində bir qrup türkiyəli jurnalist və ictimai xadimlə görüş keçirilib

Dövlət Komitəsində bir qrup türkiyəli jurnalist və ictimai xadimlə görüş keçirilib Dövlət Komitəsində bir qrup türkiyəli jurnalist və ictimai xadimlə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalist və ictimai xadimlə görüş keçirilib.

Görüşdə Türkiyə Qəzetçilər Federasiyasının, Manisa Qəzetçilər və Yayınçılar Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Azərbaycan Kültür Evinin təmsilçiləri iştirak ediblər.

Komitə sədri Fuad Muradov qonaqları Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu bir ildə Bakıda salamlamaqdan məmnun olduğunu bildirib, bu səfərin Azərbaycan üçün çox mühüm vaxtda gerçəkləşdiyini söyləyib. Parlaq qələbəmizdən 3 il keçməsinə baxmayaraq, Ermənistanın və havadarlarının Laçın yolu ətrafında süni ajiotaj yaratmaqla bölgəmizdəki vəziyyəti gərginlikdə saxlamağa çalışdıqlarını, Azərbaycan və Türkiyənin bölgədə güclənməsini həzm edə bilməyən bəzi ölkələrin kütləvi informasiya vasitələrində iki qardaş dövlətə qarşı ardıcıl olaraq dezinformasiyalar yayıldığını diqqətə çatdırıb. Erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin ictimai rəyi çaşdırmasının qarşısının alınması istiqamətində Azərbaycan və Türkiyə diasporlarının birgə hərəkət etməsinin önəmindən, bu istiqamətdə görülən işlərdən bəhs edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu həftə Bakının erməni-bolşevik işğalından azad olunmasından 105 il ötdüyünü xatırladaraq, qonaqları bununla bağlı Azərbaycan paytaxtında keçirilən tədbirlərdə iştirak etməyə dəvət edib. O, 1918-ci və 2020-ci illərdə olduğu kimi, Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyinin bundan sonra da davam edəcəyini vurğulayıb. İki ölkənin liderləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətlərinin ikitərəfli münasibətlərə təsirindən bəhs edən diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “əgər yanımızda Türkiyə varsa, başqa dəstəyə ehtiyacımız yoxdur” fikrini xatırladıb.

Daha sonra Manisa Azərbaycan Evinin rəhbəri Seyfəddin Ayakyaya Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Səmimi qəbul üçün təşəkkürlərini bildirən Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Yılmaz Karaca və digər qonaqlar türk dünyasının hədəflərinin daim eyni olduğunu vurğulayıblar.

Görüşün yekununda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Türkiyədən gələn nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Türk İş Adamları Dərnəyində, Türkiyənin Azərbaycandakı səfirliyində, Milli Məclisdə və Atatürk Mərkəzində olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media