logo
Azərbaycanlı idmançı Slovakiyada keçirilən qaydasız döyüş yarışında qalib gəlib

Azərbaycanlı idmançı Slovakiyada keçirilən qaydasız döyüş yarışında qalib gəlib

Azərbaycanlı idmançı Slovakiyada keçirilən qaydasız döyüş yarışında qalib gəlib Azərbaycanlı idmançı Slovakiyada keçirilən qaydasız döyüş yarışında qalib gəlib

Slovakiyanın Povajska-Bistritsa şəhərində keçirilmiş “Real Fight Arena” (RFA 12 Free Prelims) üzrə seçmə oyununda MMA üzrə peşəkar azərbaycanlı idmançı Yüksəl İbrahimov növbəti uğur qazanıb.

Həmyerlimiz Qırğızıstandan olan rəqibini I raundda texniki nokautla məğlub edib. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.  

Qeyd edək ki, bu, idmançımızın RFA-da ardıcıl ikinci qələbəsidir.

Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi idmançımızı növbəti qələbəsi münasibətilə təbrik edir və gələcək karyerasında daha böyük uğurlara nail olmasını arzulayır.

footer
Top