https://innews.media/uploads/news/2023-08/_innews_018936072b9a24cf05b7815de_o.jpg
Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb.
Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Sabah başlanacaq toplanışa sentyabrın 10-da yekun vurulacaq.
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.
Ən son xəbərləri səhifəmizdən də izləyin