Varşavada fəaliyyət göstərən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımızın övladları üçün rəqs və gimnastika layihəsinə start verilib.
Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, artıq layihə çərçivəsində ilk dərs baş tutub. Dərsləri “Laila Dance Course”un rəhbəri Leyla Əsgərova aparır. Həmyerlimiz azərbaycanlı uşaqlara rəqslərin və gimnastikanın əsas hərəkətlərini tədris edir.
Onun sözlərinə görə, Azərbaycan Evinin qapıları bu layihədə iştirak etmək istəyən hər bir soydaşımızın övladının üzünə açıqdır. Bunun üçün soydaşlarımız Jaworzyńska-5 ünvanında yerləşən Azərbaycan Evinə gələ və ya +48452004623 nömrəsinə yaza, eləcə də zəng edə bilərlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin