logo
Azərbaycanda "Mercedes Pay" ödəniş xidməti istifadəyə veriləcək

Azərbaycanda "Mercedes Pay" ödəniş xidməti istifadəyə veriləcək

Azərbaycanda "Mercedes Pay" ödəniş xidməti istifadəyə veriləcək Azərbaycanda "Mercedes Pay" ödəniş xidməti istifadəyə veriləcək

Visa şirkəti Azərbaycanda “Mercedes Pay” ödəniş xidmətini istifadəyə verəcək.

Bu barədə Ukrayna, MDB ölkələri və Cənub-Şərqi Avropada Visa şirkətinin rəqəmsal həllər üzrə baş direktoru Aleksandr Stelmax deyib.

Onun sözlərinə görə, tokenizasiya texnologiyası Azərbaycanda 2019-cu ildə Visa-nın dəstəyi ilə istifadəyə verilib.

“Tokenizasiya çoxlu sayda müxtəlif ödəniş variantlarını dəstəkləyir. Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə yanaşı, “Garmin Pay” da var. Biz 2023-cü ilin əvvəlində Almaniyada “Mercedes Pay” həllini işə saldıq. “Mercedes” avtomobil sahibləri yanacaqdoldurma məntəqələrində “Mercedes Pay” həlli istifadə etməklə ödəniş edə bilərlər. Bu həll həm də “Visa Token Service” texnologiyasına əsaslanır. Biz belə bir həllin digər ölkələrdə, o cümlədən Azərbaycanda da istifadəyə veriləcəyini gözləyirik”, – deyə o əlavə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media