logo
Ağstafada Nurəddin Mehdiyevin bölgələrdə keçirdiyi seminar-müşavirə davam edir

Ağstafada Nurəddin Mehdiyevin bölgələrdə keçirdiyi seminar-müşavirə davam edir

Ağstafada Nurəddin Mehdiyevin bölgələrdə keçirdiyi seminar-müşavirə davam edir Ağstafada Nurəddin Mehdiyevin bölgələrdə keçirdiyi seminar-müşavirə davam edir

23 may 2023-cü il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin rəhbərliyi ilə Qazax rayon Mədəniyyət Mərkəzində Qazaxda yerləşən mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş seminar-müşavirə keçirilib.

Müşavirədə Ağstafa Regional Mədəniyyət İdarəsinin aparat işçiləri, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak edib.

Müşavirədə çıxış edən Nurəddin Mehdiyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı silsilə tədbirlər təşkil edilməsi barədə tapşırıqlar verib.

Nurəddin Mehdiyev, eyni zamanda, sosial şəbəkələr və mətbuatla əlaqənin təşkili, musiqi məktəblərində keçiriləcək islahatlar, mədəniyyət işçilərinin işə davamiyyəti, müəssisələrdə aşkarlanan problemlər, nizam-intizam qaydaları, və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, Heydər Əliyev Mərkəzlərində Heydər Əliyev irsinin təbliğinin vacibliyindən danışıb.

Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək irad və təkliflərin nəzərə alınaraq qeyd olunan problemlərin tez bir zamanda aradan qaldırılacağını bildiriblər.

footer
Top