logo
BDU 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

BDU 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

BDU 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir BDU 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"na əsasən aşağıdakı ixtisaslara qəbul elan edir:

https://xalqqazeti.az/uploads/pdf-files/5736/xalqqazeti-07.04.2023.pdf

Doktoranturaya (dissertanturaya) sənəd qəbulu aprelin 12-dən mayın 16-dək "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, TƏLİMATA uyğun qeydiyyatdan keçməlidirlər.

2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbulda tələb olunan sənədlərin siyahısı

Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər mayın 16-dək imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına təqdim edilməlidir.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Magistratura və doktorantura şöbəsindən, rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.

Telefon- +99412- 539-06-71.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media