logo
Narkotik vasitə və psixotrop maddə aşkar edildi

Narkotik vasitə və psixotrop maddə aşkar edildi

Narkotik vasitə və psixotrop maddə aşkar edildi Narkotik vasitə və psixotrop maddə aşkar edildi

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, “Culfa” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media