https://innews.media/uploads/news/2023-03/_innews_90f9bb7f7757af1b08caee329_o.jpg
BAKI DÖVLƏT UNİVERSİTETİ tələbələr arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsi elan edir
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.
I yer – 700 manat;
II yer – 500 manat;
III yer – 300 manat.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.
Əlavə məlumat üçün:
Tel: (+994 50) 408-84-89
e-mail: press-service@bsu.edu.az
Ən son xəbərləri səhifəmizdən də izləyin