https://innews.media/uploads/news/2022-12/_innews_e4075088acb71446229f75efa_o.jpg
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin rəhbərliyi ilə Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə idarə aparatının məsul əməkdaşları və tabe mədəniyyət müəssisələrinin işçiləri iştirak edib. İclasda il ərzində görülmüş işlər nəzərdən keçirilib, növbəti il üzrə əsas prioritetlər müəyyən edilib.
2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən idarə rəisi Nurəddin Mehdiyev, eyni zamanda tabe müəssisələrdə əmək intizamına ciddi riayət olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Rəis sosial media üzrə fəaliyyətlər, təmir-bərpa işləri, texniki təminat məsələləri və digər problemlərə də diqqət ayırıb, növbəti ildə görüləcək işlərə dair prioritet istiqamətləri açıqlayıb.
Tədbirin davamında Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova və Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva hesabat məruzəsi ilə çıxış ediblər. Hesabatlarda ilboyu müəssisələr tərəfindən görülmuş işlərdən söhbət açılıb, təkliflər səsləndirilib.
Seminar-müşavirənin sonunda idarə rəisi Nurəddin Mehdiyev tərəfindən fəal olan müəssisə rəhbərlərinə və işçilərinə fəxri fərmanlar təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin