logo
Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Dekabrın 15-də Milli Məclisin Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çili Milli Konqresinin Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında onlayn görüş olub.

Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qarşı tərəfi salamlayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Bildirib ki,  hazırda  30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə sürətli tikinti-quruculuq və bərpa işləri aparılır,  “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həyata keçirilir. Artıq məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması prosesinə başlanılıb.

Onlayn görüşdə Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Xavyer Çauan Çili və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı, belə görüşlərin əhəmiyyəti, Azərbaycanın Vətən müharibəsində qələbəsi barədə danışıb.

Söhbət  zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai və İqbal Məmmədov çıxış edərək Azərbaycan-Çili dostluq münasibətləri barədə fikirlərini bölüşüblər, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Onlayn söhbətdə iki ölkə arasında iqtisadi, ekoloji, investisiya və digər sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media