https://innews.media/uploads/news/2022-03/_innews_b5dee8764d44a004841e0afaf_o.jpg
Ədalət Şükürov ilə “Üzə-düz”- MTV Azərbaycan kanalı
“Mənim 99,9 faiz işim əlbəttə ki, incəsənətlə bağlıdır. Deməzdim ki, başqa müğənnilərdən nələrləsə fərqlənirəm. Hər bir müğənninin 2 evi, bağı, ola bilsin ki, 2 avtomobili var. Mən də onlardan biriyəm. Xüsusi seçilmirəm. Bir də görürsən, məni yaxından tanıyan adamlar zəng edirlər ki, Ədalət bəs deyirlər səndə avtosalon var və s. İnsanlara ləzzət edir bu kimi şayiələri yaymaq. Deyirəm kim görübsə,gedək baxaq həmin obyekti onun adına keçirəcəm. Öyrəşmişəm o söz-söhbətlərə artıq. Müğənnilərin 80 faizi öz işindən başqa işi yoxdur. Çoxu istədi ki, pandemiyada nəsə etsin amma alınmadı”.
“Rəhmətlik atam deyirdi ki, ay oğul bax, sən tələbə olanda sənin bir qohumun, qonşun, yaxının zəng eliyib məndən maraqlandımı ki, ay Zakir kişi sənin oğlun orda necədir? Yox. Amma sən , Azərbaycana gələndə və ya Sankt-Peterburqdan Bakıya tələbə tanışına nəsə göndərirsən. Mənə 18 yaşdan heç kim kömək etməyib, nə qohum, nə qardaş, nə valideyn. Tələbə ikən yataqxanada da qalmışam, çətin günlərim olub. Bugünkü günə çatmağımda özümə borcluyam. Heç kim sizə deyə bilməz ki, Ədalətə kömək eləmişik, nəyinsə hesabına bu pilləyə gəlib. Yox. Bununla həmişə fəxr etmişəm. Tələbə yoldaşlarımla meyvə bazasında işləyirdik, mən bilirəm çiyində nəsə daşımaq necə bir şeydir. Bilirəm imkanlı-imkansız olmaq nədir? Əsas odur o ərəfədə çaşmayasan. Əsas odur ki, pul səni korlamasın. Ədalət Şükürov heç kimə borclu deyil. Valideynlərdən və övladlardan başqa. Amma naxış da çox önəmlidir insanda. Hesab edirəm ki, Ədalət Şükürov naxışlı insandır”.
“Valideyn olaraq övladlarımıza yol göstərmişik. Imkan daxilində hər şey etmişik ki, övladlarımız Ali savadlı olsun. Mənim ata-anamın o imkanı yox idi. Mən özüm hər şeyi elədim. İndiki zəmanədə isə valideynlər hər şey edirlər. Övladlarım üçün təhsil, hər şey etdim. Amma indi onlara deyirəm ki, özünüz qazanırsınız. Mən niyə eləməliyəm? Bacardığımı mən elədim!”
“Erkən nikahlar keçmiş zamanlarda normal bir həyat tərzi idi. 14-15 yaşda evlənirdilər. Nənə-babalarımızda da bu belə olub. 15-16 yaşda necə ailə qurub, evi idarə etmək olar? Bu normal bir şey deyil axı. 15 yaşdakı uşağın özünə baxan lazımdır, o nə bilir uşaq nədir? Zaman gələcək uşaq özünə avtomobil də, təyyarə də alacaq. Niyə tələsdirirsiz axı? Oğlunuza müğənni qız alarsınız? Nəinki müğənni, kimi istəsə onu alacam. Mənimlə deyil, onunla həyat sürəcək. Sənətə heç bir dəxli yoxdu. Həkimlər var ki, gecə saat 3-də evə gəlir. Nolub bizə, müğənnilərə? Bizim ailəmiz də var. Adımız-sanımız, gözəl övladlarımız var. Mən nədən narazı olmalıyam ki?!”
“Hər kəsə məsləhət görürəm ki, övladlarınızı tanımasınlar. Niyə kimsə mənim oğlumu mənə görə tanımalıdır? Özünə görə tanısınlar. Bu belə olmalıdır! Ali məktəbdə oxuyanda heç kim bilmirdi ki, onlar mənim övladlarımdı. Qızım Xarici Dillər Universitetini bitirib, diplom alanda hamı xəbər tutdu ki o mənim qızımdır. Neçə illər həyat yoldaşım Ali məktəblərdən birində dərs keçirdi, heç kim bilmirdi ki, o mənim yoldaşımdır. Ali məktəblərdən birini rektoru dedi ki, Ədalət müəllim nə zaman istəsəniz yoldaşınız yenidən müəllim kimi başlaya bilər. Dedim yox!”
Ən son xəbərləri səhifəmizdən də izləyin