https://innews.media/uploads/news/2026-05/_innews_d3f7bd2cd769a08a71b0644be_o.jpg
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən, Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı 1 may tarixində sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb. Proqramda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və digər müvafiq dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Mərasimdə XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, XRİTDX-nin mətbuat katibi Saidə Bayramova və Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılar dövlət sektorunda məhsul yanaşması kontekstində süni intellektin tətbiqinə dair praktiki kompetensiyalar qazanaraq, məlumatların emalı, proseslərin avtomatlaşdırılması və AI əsaslı həllərin real iş mühitində tətbiqi üzrə bacarıqlarını inkişaf etdiriblər.
Bu təşəbbüs Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş prioritetlərin icrası istiqamətində dövlət qurumlarında süni intellektin institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.