https://innews.media/uploads/news/2026-02/_innews_ad0938f2f0f4f3431ed5c2cfb_o.jpg
Fevralın 24-də Dövlət Gömrük Komitəsində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə “Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində gömrük təmsilçiliyi institutu ilə bağlı mövcud qanunvericilik aktlarına dair təkliflər, eyni zamanda əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək tərəfdaşlıq mexanizmləri müzakirə olunub.