logo
Bəxtiyar Xanızadənin 65 illik yubileyi münasibətilə tədbir keçirildi

Bəxtiyar Xanızadənin 65 illik yubileyi münasibətilə tədbir keçirildi

Bəxtiyar Xanızadənin 65 illik yubileyi münasibətilə tədbir keçirildi Bəxtiyar Xanızadənin 65 illik yubileyi münasibətilə tədbir keçirildi

Cəfər Cabbarlı   adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyində 20 oktyabr 2022-ci il tarixində saat 14:00 da  Azərbaycan Respublikasının Xalq artisti, aktyor, rejissor, pedaqoq, Pantomima teatrının yaradıcısı Bəxtiyar Xanızadənin 65 illik yubileyi münasibətilə tədbir keçirildi.

Tədbiri muzeyin direktoru,  Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq gələn qonaqları salamladı. Təbrik üçün ilk söz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri – maddi mədəni irs şöbəsinin mudiri Fərəh Acalovaya verildi. Ardınca muzeyin elmi katibi Aytən Məmmədova  aktyorun sənət fəaliyyətindən geniş söhbət açaraq   sözü tədbir iştirakçılarına verdi.  

Tədbirdə iştirak edən qonaqlardan Xalq artistləri,  kinorejissor Oqtay Mirqasımov, televiziya rejissoru Ramiz Həsənoğlu,  aktyor  Nurəddin Mehdixanlı, Məmmədsəfa Qasımov,  Əməkdar İncəsənət xadimləri, teatrşünas, Aydın Talıbzadə , yazıçı İlqar Fəhmi və digər incəsənət xadimləri  yubilyarı ad günü münasibətilə təbrik etdilər və onunla  bağlı  öz  ürək sözlərini söylədilər.

Tədbir çərçivəsində yubliyarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət video-çarx  nümayiş olundu, quruluş verdiyi tamaşalardan və oynadığı filmlərdən fraqmentlər göstərildi. Eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Səbuhi İbayev, Aytən Məhərrəmova , Mahir Tağızadə öz musiqi nömrələri ilə tədbirə bayram ovqatı qatdılar.

Sonda  qonaqlarla  birgə xatirə şəkili çəkildi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media