logo
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və “BlackRock” şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib. 

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin