https://innews.media/uploads/news/2022-10/_innews_cf511cbcad76e8dc4ba4f7239_o.jpg
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 14 oktyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyoru özünəməxsus ifa tərzi ilə yaddaşlarda qalan Xalq artisti Mobil Əhmədovun əziz xatirəsi yad edildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı. Ardınca tədbiri aparmaq üçün əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ramil Qasımova söz verildi.
Tədbirdə iştirak edən qonaqlardan Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Xalq artisti , professor Ramiz Quliyev, Əməkdar rəssam, ADMİU-nun pedaqoqu Vüqar Əli, həmçinin aktyorun qızı Nigar Əhmədova sənətkar haqqında xatirələrini bölüşdü.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış Mobil Əhmədovun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu. Həmçinin aktyorun oynadığı tamaşalardan fraqmentlər izlənildi, Mobil Əhmədovun bənzərsiz ifasında mahnılar səsləndirildi və sənətkarın müəllifi olduğu portretlər, mənzərə janrında illüstrasiyalar, sənət yoldaşlarının şarjları sərgiləndi. Eləcə də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlər İnarə Babayeva “Silva” opearsından Silvanın, İlahə Əfəndiyeva “Sevil” operasından Sevilin, Ramil Qasımov “Koroğlu” opearasından Koroğlunun ariyalarını ifa etdilər. Tədbir çərçivəsində həmçinin gənc ifaçılar Emil Bağırzadənin “Bakı”, Taleh Yəhyayevin “Neftçilər” və “Bəxtəvər oldum”, Şaban Cəfərovun “Sevgilim”, Bəxtiyar Quliyevin “Baharımsan” mahnıları dinlənildi.
Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkildi.
Ən son xəbərləri səhifəmizdən də izləyin