logo
Qazaxıstan və Azərbaycan televiziya və radio yayımı sahəsində əməkdaşlığı genişləndirirlər

Qazaxıstan və Azərbaycan televiziya və radio yayımı sahəsində əməkdaşlığı genişləndirirlər

Qazaxıstan və Azərbaycan televiziya və radio yayımı sahəsində əməkdaşlığı genişləndirirlər Qazaxıstan və Azərbaycan televiziya və radio yayımı sahəsində əməkdaşlığı genişləndirirlər

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Audiovizual Şurasının Sədri İsmet Səttarovla görüş keçirib. Audiovizual Şura Azərbaycanda televiziya və radioyayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini və bu sahənin tənzimlənməsini təmin edir.

A. Bayel ikitərəfli əməkdaşlığın işıqlandırılmasında KİV-in xüsusi əhəmiyyətini qeyd edərək, Qazaxıstan və Mərkəzi Asiya xəbərlərinin müntəzəm və keyfiyyətli işıqlandırılmasına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, həmçinin Qazaxıstanın “Jibek Joly” telekanalının 14 Azərbaycan kabel operatoru vasitəsilə yayımına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Diplomat onu da əlavə edib ki, Qazaxıstanın “24KZ” və “Qazaqstan International” kimi telekanalları da Azərbaycanda retranslyasiyasında maraqlıdır və Azərbaycanın “CBC TV” kanalının Qazaxıstanda yayımlanmasına dəstək verməyə hazır olduqlarını bildirib.

Öz növbəsində İ. Səttarov "Jibek Joly” telekanalının Azərbaycanda CNN, Euronews kimi məşhur Qərb telekanalları ilə yanaşı bu qədər geniş yayımlanan yeganə Mərkəzi Asiyatelekanalı olduğunu qeyd edib. O, həmçinin Qazaxıstan telekanallarının Azerspace peykinə qoşulmasına dəstək göstərməyi təklif edib.

Bundan əlavə, Səfir A. Bayel “Balapan” telekanalının məhsullarının Azərbaycanda nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış edib. İ. Səttarov isə Qazaxıstan cizgi filmlərinin Azərbaycandilinə dublyaj olunaraq Azərbaycanda nümayiş etdirilməsi məqsədilə ölkədəki yeganə uşaq telekanalı olan “Günəş” kanalı ilə əməkdaşlıq qurmağa hazır olduqlarını bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin