logo
İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında İki güləşçimiz Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. 15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb – 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidzeylə güləşəcək.

Elşad Abbasov (51 kq) polşalı Maçiey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb – 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.

Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb. Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub – 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.

Yusif Əhmədli (71 kq) təsnifat mərhələsində ermənistanlı Roman Usoyana (5:5), Səid Paşayev (92 kq) isə 1/8 finalda türkiyəli Ahmet Uzuna (3:3) sonuncu xal prinsipinə əsasən məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media