logo
Özbəkistanda keçirilən "Mədəni ənənələr və xalqların milli mətbəxi" Beynəlxalq festivalda Azərbaycan təmsil olunub

Özbəkistanda keçirilən "Mədəni ənənələr və xalqların milli mətbəxi" Beynəlxalq festivalda Azərbaycan təmsil olunub

Özbəkistanda keçirilən "Mədəni ənənələr və xalqların milli mətbəxi" Beynəlxalq festivalda Azərbaycan təmsil olunub Özbəkistanda keçirilən "Mədəni ənənələr və xalqların milli mətbəxi" Beynəlxalq festivalda Azərbaycan təmsil olunub

Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə  akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında  XVIII  “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, festivalda Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Misir, Belarus, Almaniya, Gürcüstan, Hindistan, İtaliya, İndoneziya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, BƏƏ, Fələstin, Rumıniya, Çexiya, Avropa Birliyi və başqa ölkələrin nümayəndələri iştirak edib, ölkələrinin mədəniyyəti, milli mətbəxini təqdim ediblər.

Azərbaycanı beynəlxalq  festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış stenddə iştirakçılar Azərbaycan milli mətbəxinin şah yeməkləri və şirniyyatlarına qonaq ediliblər. Müxtəlif  plovlar, şah plovu, dolmalar, xüsusi ilə yarpaq və tərəvəz dolmaları, çığırtma, kükü, müxtəlif növ qutablar, dovğa, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq edilib. Guşəmizdə ayrıca olaraq qonaqlara Azərbaycan çayı təqdim olunub. Qeyd edək ki, milli yeməklərimizi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Daşkənddəki “Yemeli” restoranının mütəxəssisləri  hazırlayıblar. 

Festival çərçivəsində dövlətlərin bayraqları, müxtəlif tətbiqi sənət əşyaları, milli suvenirlər, mətbəx mövzusunda nəşrlərə  dair  sərgi də təqdim olunub.

Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Qayrat Fazılov bildirmişdir ki, ənənəvi keçirilən beynəlxalq festival ölkənin mədəni həyatını dolğun şəkildə zənginləşdirir, paytaxt sakinlərinə və qonaqlarına festivalın iştirakçısı olan ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa imkan verir, mədəniyyət və turizmin inkişafına töhfə verir.

Qeyd edək ki, milli yeməklərin satışından əldə olunan vəsait tibbi-sosial yardım kimi Özbəkistanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcəkdir.

Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda milli adət-ənənələrə, yeməklərin keyfiyyətinə, milli rəqsə, musiqiyə və ən yaxşı geyimə görə fəal iştirak edən qurumlara diplomlar verilib.

Keyfiyyət, professionalizm, milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə  Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi diploma layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media