https://innews.media/uploads/news/2025-05/_innews_188e3c0225ba2af12cba9c806_o.jpg
Azərbaycanlı qadın alpinist Vəfa Musayeva mayın 15-də dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib. Əzmkarlıq nümayiş etdirən xanım alpinistimiz Everestdən dərhal sonra dünyanın 4-cü zirvəsi olan Lhotze zirvəsinə (8516 m) də qalxıb.
Bununla da, Everestdə Azərbaycan bayrağını yüksəltmiş xanım alpinistlərin sayı ikiyə çatıb. Bundan öncə yalnız 2023-cü ildə Elmira Aslanova həmin zirvəyə qalxmışdı. Kişi alpinistlərimizdən isə bu uğura imza atanlar 2007-ci ildə İsrafil Aşurlı, 2013-cü ildə Murad Aşurlı, 2019-cu ildə Vadim Vokryaçko olublar.
Ən son xəbərləri səhifəmizdən də izləyin