https://innews.media/uploads/news/2022-09/_innews_13631a6461a42c991a5640a73_o.jpg
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.
Tədbirdə əmək münasibətlərinin yenidən nəzərdən keçirilməsi, uşaq əməyinin aradan qaldırılması, ictimai səhiyyədə vəziyyət, sağlamlığın qorunmasına vahid yanaşma, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması, silahlı münaqişələrin ətraf mühitə təsiri, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə strategiyaları və digər məsələlərə baxılacaq. Yığıncaqda, eyni zamanda, Parlament Assambleyasının fəaliyyəti, Avropa Sosial Xartiyasının 2020–2021-ci illər üzrə nəticələri və islahatlar mövzularında fikir mübadiləsi aparılacaq.
Deputatımız tədbirdə müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 24-də başa çatacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin