logo
Elnurə Məmmədova U23 Avropa çempionatının finalında

Elnurə Məmmədova U23 Avropa çempionatının finalında

Elnurə Məmmədova U23 Avropa çempionatının finalında Elnurə Məmmədova U23 Avropa çempionatının finalında

Albaniyanın paytaxtı Tiranada U23 Avropa çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə millinin daha 4 üzvü mübarizəyə qoşulub.

Elnurə Məmmədova (53 kq) italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Elnurə sabah finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.

Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Gültəkin sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.

Birgül Soltanova (62 kq) 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.

Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media