https://innews.media/uploads/news/2025-02/_innews_3360836f5ab17a2d6bdac2dfd_o.jpg
Badmintonçumuz Keişa Fatimə Zəhra İran İslam Respublikasında keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.
Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan badmintonçumuz finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib. Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib.
Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin