Hər gülüşümün ardında yatır bir kədər
Bir çox insanlar məni bilir bəxtəvər
Üzüm gülsə belə qan ağlayır ürəyim
Uzaq olmağı bilməzmi məndən qəhər?
Gecələr yuxu da mənə kəsilir qənim
Ruhumu əsir alır fikirlər sübhə qədər
Hər kəsə xoş olan həyat mənə dar qəfəs
Acılarımı yaşayıram daha da betər
Soyuyubdur dünyadan əlim, ayağım
Yediyim çörək belə sanki bir zəhər
Zalım həyat gülməzmi bir dəfə üzümə?
Niyə əzəldən belə yazılıbdır qədər?
Milyon üz gizlənir bir üz altında
Qəlbi kasad olan nələr etməz nələr
Kim duya bilər qəlbimdəki fırtınanı?
Dadıma çatarmı mənim bir nəfər?
Hər şeyə susarsan qorxaq sanarlar
Söylədikləri sözlər beynimə zərər
Aysel versin sizlərə əmin nəsihət
Hər insana özünüzü etməyin hədər.
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin