https://innews.media/uploads/news/2026-07/_innews_41dfe917e947cd5c803f7507c_o.jpg
Tanınmış müğənni Mürsəl Səfərov sosial şəbəkə hesabında övladı ilə birlikdə çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Fotolarda ata və övladının səmimi, xoşbəxt anları əks olunub. Müğənninin paylaşımına çoxsaylı bəyənmə və ürək emojiləri ilə yanaşı, "Allah saxlasın", "Maşallah", "Çox gözəl ailədir" kimi xoş arzular yazılıb.
Qeyd edək ki, Mürsəl Səfərov şəxsi həyatı ilə bağlı paylaşımları tez-tez etməsə də, bu dəfə övladı ilə paylaşdığı fotolar sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin