logo
Ədliyyə və DİN-in birgə əməliyyatı: Xətai rayonunda gizlədilən tapança aşkarlanıb

Ədliyyə və DİN-in birgə əməliyyatı: Xətai rayonunda gizlədilən tapança aşkarlanıb

Ədliyyə və DİN-in birgə əməliyyatı: Xətai rayonunda gizlədilən tapança aşkarlanıb Ədliyyə və DİN-in birgə əməliyyatı: Xətai rayonunda gizlədilən tapança aşkarlanıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz saxlanılan odlu silah və sursat aşkarlanaraq götürülüb.

"INNews Media" xəbər verir ki, əməliyyat zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməmişdən əvvəl gizlətdiyi silah-sursatın yeri müəyyən edilib.

Məlumata görə, Bakı şəhərinin Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında, dəmir yolu xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media