https://innews.media/uploads/news/2026-07/_innews_e0d7bda8850e4cd050ce6a5a9_o.jpg
Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüs həyata keçirilir. Ölkədə süni intellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onların inkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.
Layihə AmCham Azərbaycan, InnMedia, və Safaroff Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyən edilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit və yaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahid platforma rolunu oynayacaq.
“ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində formalaşan innovativ ideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafına töhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətini tanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıl təşəbbüslərin inkişafını təşviq etməkdir. Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihə sektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldə olunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasına və Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi (MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.
Mükafat aşağıdakı beş əsas nominasiya üzrə təqdim olunacaq:
Müraciətlərin qəbulu
Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzində qəbul olunacaq. Bütün nominasiyalar üzrə iştirak etmək istəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyici materialları www.aiawards.az internet saytı vasitəsilə onlayn formada təqdim edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az
Sponsorluq və tərəfdaşlıq imkanları ilə bağlı partners@aiawards.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra "ZƏKA" – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant və SMARTBEE yer alır.
“ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekt həllərinin daha geniş tətbiqinə, innovasiya yönümlü əməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasına və Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyinə inanırıq.
Ən son xəbərləri səhifəmizdən də izləyin