logo
Yağış

Yağış

Yağış Yağış

Ölsəm dizinə döyüb ağlama sən
Məni bu hallara bil, özün saldın
Mən üçün yalandan yas saxlama sən
Quru canım vardı onu da aldın

Göz yaşın boşuna gəl axıtma sən
Sübhədək ağlasan yenə yetərsiz
Mənə etdiklərinə nəzər sal sən
Gör ömrün keçirmi qəmsiz, kədərsiz?

Bax, bulud da dözmür göz yaşlarıma
Şimşəklə birlikdə yağış yağdırır
Aciz baxırsan məzar daşıma
Sözlərimi sənə şimşək çatdırır

Hər şimşək çağınca əllərin əsir
Qorxudan bilmirsən nə eyləyəsən
Soyuq bədənini şaxtatək kəsir
Utancdan tutulub dilin deyəsən

Yağan yağış deyil qarğışlarımdır
Səndən heyfimi çıxacaq mənim
Səni bu cür üzən baxışlarımdır?
O da qisasımı alacaq mənim

 

Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media