https://innews.media/uploads/news/2025-01/_innews_0ce3b145f0289b4616ae29794_o.jpg
Etdiyim fəryadı duyanım yox
Ağrı acıma çarə edənim yox
Yaralarımı saran bir kəsim yox
Yanan ürəyimi söndürənim yox
Qəlbləri titrədir hər bir kəliməm
Ürəyim dərdlərlə yanıb - alışır
Elə bil yaşayan bir ölüyəm mən
Ruhumu sönməyən bir atəş sarır
Artıq nə taqətim yox, nə də halım
Söylə, bu acıya nə cür dayanım?
Əvvəllər dərdimə ortaq olanım
İndi olubdu canımı yaxanım
Görsən parçalanan bu ürəyimi
İnan ki, məntək yanar ürəyin
Görsən yalandan gülən gözlərimi
Qan ağlayar sənin qara gözlərin
İçimdə səssizcə qopur fırtına
Məni duymur doğmadan doğma kəsim
Gözüm görə-görə gəldim oyuna
Acıdan yazılır hər bəstələrim
Necə daş basım mən yanan bağrıma?
Susmağınla od salmısan canıma
Mənə yaşatdığın qalmaz yanına
Kaş bir gün düşəsən mənim halıma
Sanki bu gecə külə dönür ömrüm
Buz kəsir ürəyim, donur əllərim
Niyə zamansız solur bu ömrüm?
Neyçün ağlara bürünür tellərim?
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin