https://innews.media/uploads/news/2025-01/_innews_d3f4ccc7038c1f2e731a55d92_o.jpg
Qəmin dəryasında batıb gedirəm
Dəniz ortasında alışıram mən
Artıq həyatdan əlimi üzürəm
Diriykən məzara qoyuluram mən
Yuvasız quş misalı dərbədərəm
Yazan belə yazıbdır taleyimi
Boş olan dünya qədər mən dərdliyəm
Bilmirəm itirdim harada bəxtimi
Hər kəsim olsa da kimsəsizəm mən
Yoxdur məni içdən bir anlayanım
Dərdli insanlartək çarəsizəm mən
Tək olanda yox halımı soranım
İçim məni yaxır, çölüm özgəni
Hər görən söyləyir nə bəxtəvərdir
Görmürəm xoşbəxtlik verən kölgəni
Dərdim kədərdən də böyük kədərdir
Qəlbimi həsr etdim şeir dünyama
İçimdə ağlayıb, içimdə güldüm
Demədim dərdimi heç bir insana
Üzüntümün hirsin vərəqə tökdüm
Divar kimi hər kəs önümdə durdu
Hər addım atanda vurdular məni
Həyatım gözümün önündə soldu
Ahım qisasımı alacaq mənim
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin