logo
Sən mənim ömrümün tək cənnətisən

Sən mənim ömrümün tək cənnətisən

Sən mənim ömrümün tək cənnətisən Sən mənim ömrümün tək cənnətisən

Ummadığım bir anda gəldin ömrümə
İşıqtək nur saçdın kövrək qəlbimə
Sevgi toxumların əkdin könlümə
Sən mənim ömrümün tək cənnətisən

Baxışın olub dərdimin dərmanı
Hər dediyin söz eşqimin fərmanı
Ürəyindir sevgimin tək ünvanı
Sən mənim ömrümün tək cənnətisən

Üzümdəki gülüşün sən səbəbi
Parçalanmış könlümün tək məlhəmi
Gülülüşün dəli edibdi bil məni
Sən mənim ömrümün tək cənnətisən

Qəlbimin aynası gülən gözlərin
Yarama dəvadır məlhəm sözlərin
Mənçün ən gözəl qoxudu tellərin
Sən mənim ömrümün tək cənnətisən

Aşiqəm təpədən dırnağınadək
Varmı Yer üzündə gözəl sənintək?
Kim deyər gözə görünməzdir cənnət?
Sən mənim gördüyüm ilk cənnətimsən

 

Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media