21-26 yanvar 2025-ci il tarixlərində Almaniyanın Münxen şəhərində keçirilən 2025 H&N Kubokunda Azərbaycanın gənc idmançısı Vladislav Kalmıkov möhtəşəm uğura imza atıb.
Pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında iştirak edən Kalmıkov, 217.1 xal toplayaraq bürünc medal qazanıb.
Bu nailiyyət idmançımız üçün ilin ilk medalı olmaqla yanaşı, Azərbaycanın atıcılıq sahəsində beynəlxalq arenadakı uğurlarının davamıdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin