https://innews.media/uploads/news/2025-01/_innews_80739b70c4f02efaab1369a72_o.jpg
Sən o gülsən ki, qəlbimdə açırsan,
Sənin nurunla dünyam işıqlanır.
Səbrin sonsuz, özün şirin röyasan,
Xoş sözün hər gün beynimdə dolanır.
Gözəlliyin sanki bahar nəfəsi,
Çətin gündə sənsən arxa dayağım.
Qəlbin təmiz, sevgin muğamın səsi.
Sənsən həyatda ən gözəl qonağım.
Kəlimələrin sanki bir yüngül mehdi,
Hər an başa düşən, könlümə bəsdir.
Nə yaxşı ki, qəlbim tək səni seçdi,
Sənsiz ötən ilin hamısı əbəsdir.
Sən mənim günəşim, sən mənim səmam,
Hər sənə baxanda qəlbim açılır.
Sənsiz üzüm gülməz, açılmaz aynam,
Varlığın ömrümdə ulduztək yanır.
Sənin gülüşlərin bir musiqitək,
Dinlədikcə qəlbdə sevinc oyanır.
Ürəyimdə adın daşda möhürtək,
Silinməz izlərlə başda fırlanır.
Tək kəlimən bəsdi səni sevməyə,
Özün də, sözün də ən dərindədir.
Ürəyimdə yerin kaş heç dinməyə,
Qəlbimin ən dərin küncü səndədi.
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin