logo
Bacarığın onda bilinər ki, ağlamadan ağladıb, gülmədən güldürəsən

Bacarığın onda bilinər ki, ağlamadan ağladıb, gülmədən güldürəsən

Bacarığın onda bilinər ki, ağlamadan ağladıb, gülmədən güldürəsən Bacarığın onda bilinər ki, ağlamadan ağladıb, gülmədən güldürəsən

“Yalandan ağlamaq da, gülmək də olar. Sadəcə qarşındakı o yalanı duydusa, vəssalam. Səhnədə ağlamayaraq tamaşaçını ağlada bilərsən. Şərt deyil ki, gözündən yaş gəlsin. Yaxud da gülməyərək güldürə bilərsən. Məsələn, Yaşar Nuri gülmürdü, bir söz deyirdi tamaşaçı uğunurdu. Bunun üçün ağlamaq, ya da gülmək şərt deyil”.

innews.media bu sözləri Əməkdar artist Sənubər İsgəndərli ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində deyib.

O, aktyorluğun incəliklərindən söz açıb:

“Bacarığın onda bilinər ki, ağlamadan ağladıb, gülmədən güldürəsən. Bəziləri  özlərini çaşdırırlar. Adi danışıq kimi sadə danışır, elə bilir təbii oynayır. Amma obrazın daxili aləmi, onun ikinci-üçüncü qatı heç biri yoxdur. Aktyor, ya da aktrisa obrazdan çıxanda kənarda da elə danışacaq. Elə biləcəksən, eyni adamdır. Bəs, obrazın xüsusiyyətləri nə oldu? Ona qalsa, aparıcılaırmız da, həyatda danışdıqları kimi verilişləri elə aparır. Aktyorlarda onda çaşır. Xüsusilə də gənclərdə bunu görürəm. Həyatda olduğu kimi danışır, deyir, təbii oynayıram. Ay anam-bacım, axı bu, təbii oynamaq deyil, başqa şeydir. Sən onsuz da belə danışırsan da, orbazın haradadır? Dəyişilməlidir, obrazın xüsusiyyətləri düşüncələri var”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media