12 yanvarda 18 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar arasında 7 komanda, oğlanlar arasında isə 11 komanda kubok uğrunda mübarizə aparıb.
Qızların yarışında -48 kq., -52 kq., -57 kq., -63 kq. və +63 kq. çəkilərdə, oğlanların yarışında -60 kq., -66 kq., -73 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində ümumilikdə 128 cüdoçu gücünü sınayıb.
Qızlar arasında bürünc medal uğrunda görüşlərdə Bakı şəhəri 1 nömrəli İOEUGİM 3:0 hesabı ilə Bakı şəhəri 8 nömrəli İOEUGİM, Bakı şəhəri 13 nömrəli İOEUGİM 3:0 hesabı ilə Respublika Kompleks İdman Məktəbinə qalib gəlib. Final görüşü Neftçi İdman Klubu ilə Cüdo Klub 2012 arasında keçirilib. Cüdo Klub 2012 3:2 hesabı ilə qalib gələrək qızlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Oğlanlar arasında bürünc medal uğrunda görüşlərdə Abşeron-Xızı regionunun 1-ci komandası 3:0 hesabı ilə Bakı şəhəri 10 nömrəli İOEUGİM-ə, Bakı şəhəri 1 nömrəli İOEUGİM 3:0 hesabı ilə Neftçi İdman Klubuna qalib gəlib. Final görüşü Cüdo Klub 2012 ilə Bakı şəhəri 13 nömrəli İOEUGİM arasında keçirilib. Cüdo Klub 2012 3:0 hesabı ilə qalib gələrək oğlanlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Qızlar
1. Cüdo Klub 2012
2. Neftçi İdman Klubu
3. Bakı şəhəri 1 nömrəli İOEUGİM
3. Bakı şəhəri 13 nömrəli İOEUGİM
5. Bakı şəhəri 8 nömrəli İOEUGİM
5. Respublika Kompleks İdman Məktəbi
7. Abşeron-Xızı
Oğlanlar
1. Cüdo Klub 2012
2. Bakı şəhəri 13 nömrəli İOEUGİM
3. Abşeron-Xızı regionunun 1-ci komandası
3. Bakı şəhəri 1 nömrəli İOEUGİM
5. Bakı şəhəri 10 nömrəli İOEUGİM
5. Neftçi İdman Klubu
7. Respublika Kompleks İdman Məktəbi
7. Şuşa UGİM
Ən son xəbərləri səhifəmizdən də izləyin