logo
Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb

Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb

Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb

Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında Cadet Circuit keçirilir.

Qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.

Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media