Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Zəfər Gününün dördüncü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri baş tutub.
innews.media xəbər verir ki, tədbirdə gənclərin sevimli müğənnisi Hiss səhnə alaraq, məşhur hitləri ilə qalibləri təbrik edib.
Qeyd edək ki, “Qürurla irəli” devizi altında keçirilən qaçış Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb. İştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
“Qələbə qaçışı”nda gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva iştirak ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin