logo
Bilalhəbaşi Nəzərov dünya birinciliyində finala yüksəlib

Bilalhəbaşi Nəzərov dünya birinciliyində finala yüksəlib

Bilalhəbaşi Nəzərov dünya birinciliyində finala yüksəlib Bilalhəbaşi Nəzərov dünya birinciliyində finala yüksəlib

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib. 48 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. Bilalhəbaşi finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Aynur Mikayılova (57 kq) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, daha 3 boksçumuz yarımfinal görüşünə çıxacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media