logo
Tural Sarıyev Avropa çempionatında gümüş medal qazanıb

Tural Sarıyev Avropa çempionatında gümüş medal qazanıb

Tural Sarıyev Avropa çempionatında gümüş medal qazanıb Tural Sarıyev Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.

İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media