logo
“IDDA Awards” müsabiqəsinin qalib startapı beynəlxalq əməkdaşlığını genişləndirir

“IDDA Awards” müsabiqəsinin qalib startapı beynəlxalq əməkdaşlığını genişləndirir

“IDDA Awards” müsabiqəsinin qalib startapı beynəlxalq əməkdaşlığını genişləndirir “IDDA Awards” müsabiqəsinin qalib startapı beynəlxalq əməkdaşlığını genişləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə oktyabrın 10 - 11-də Bakıda keçirilən “INMerge” innovasiya sammiti çərçivəsində İRİA-nın stendində Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında memorandum imzalanıb. Memorandumun bir hissəsi olaraq ödənişlərin qəbulu prosesində “Epoint” və “CityPay” startapları arasında əməkdaşlıq nəzərdə tutulur.

“Epoint” kiçik və orta sahibkarlar üçün onlayn ödəniş aqreqatoru və e-ticarət platformasıdır. “Epoint” Azərbaycandakı istənilən bankın istənilən biznes hesabına yığılmış vəsaitin 24/7 onlayn rejimdə ödəməsini həyata keçirmək imkanını yaradır. Platforma müştərilər üçün mal və xidmətlərin ödənişi məqsədilə rahat interfeysi birləşdirir, hesab-faktura, QR kod yaratmaq və göndərməyi mümkün edir. Bununla yanaşı, “Epoint” “CyberSource” və beynəlxalq ödəniş şirkəti “Visa” ilə birlikdə e-ticarətdə “Apple Pay” və “Google Pay” ödənişlərinin qəbulu xidmətini istifadəyə verib. 

“CityPay” vahid kriptovalyuta ekosisteminin yaradılmasına və gündəlik həyatda kriptovalyutadan istifadənin genişləndirilməsinə yönəlmiş maliyyə texnologiyası təminatçısıdır. Şirkətin innovativ məhsulunu inteqrasiya etməklə bizneslər vasitəçi platformalar olmadan müştərilərdən kripto aktivləri birbaşa almaq və həmin aktivləri milli valyutalara çevirən xidmətdən yararlanmaq üçün unikal imkan əldə edirlər. 

Qeyd edək ki, “Epoint” startapı tədricən xarici bazarlara çıxan Azərbaycanın aparıcı startaplarından biridir. Startap İRİA-nın Texnoparkında rezident statusu da əldə edib. Bundan əlavə, İRİA-nın dəstəyi ilə həyata keçirilən “Roadshow” layihəsi çərçivəsində “WebSummit” (2023), “Money 20/20” (2023), “Gitex Dubai” (2024) kimi tədbirlərdə iştirak edib. Həmçinin, 2023-cü ildə “IDDA Awards” müsabiqəsində “İlin startapı” nominasiyasının qalibi olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin