logo
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib. 35 ölkədən 327 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

Ruslan Qədirov (60 kq) 1/16 final çərçivəsində Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.

Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.

Qeyd edək ki, yığmamız çempionata 13 boksçu ilə yollanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media