https://innews.media/uploads/news/2024-10/_innews_262542d221ca84029796becd1_o.jpg
Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir.
Qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib. Toplanış oktyabrın 21-dək davam edəcək. Yunan-Roma güləşi üzrə milli oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək. Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaq.
Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin