logo
Kamran Rəcəbli Qazaxıstanda fərqləndi

Kamran Rəcəbli Qazaxıstanda fərqləndi

Kamran Rəcəbli Qazaxıstanda fərqləndi Kamran Rəcəbli Qazaxıstanda fərqləndi

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.

Onlardan biri fəxri kürsüyə qalxıb. Kamran Rəcəbli (72 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media