logo
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib

Oktyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.

İclası açan komitə sədri Musa Quliyev gündəliyə ikinci oxunuşda “Turizm haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirilib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər ölkəmizdə mövcud olan və gələcəkdə istifadəyə veriləcək turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növlərini müəyyənləşdirməklə yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaradacaq.

Komitə sədri Musa Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib, layihə ilə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitənin sədri Musa Quliyev, sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Soltan Məmmədov, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova və  Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, ölkəmizdə turizm sektorunun inkişafının müxtəlif aspektlərinə dair məsələlərə toxunublar, qanun layihəsi ilə bağlı öz fikir və qeydlərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda komitənin üzvləri Ziyad Səmədzadə, Əziz Ələkbərov, Jalə Əliyeva, Bədəl Bədəlov, Nigar Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media